Şri-Lanka nüvə sınaqlarının hərtərəfli qadağası haqqında müqaviləni ratifikasiya edib.
BUTA.TV xəbər verir ki, bu barədə ada ölkəsinin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Şri-Lanka nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında müqavilənin ratifikasiya sənədini 25 iyul 2023-cü il tarixində BMT-nin Nyu Yorkdakı Baş Qərargahında BMT-nin Hüquq Məsələləri İdarəsinə təqdim edərək nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında müqaviləni ratifikasiya edən 178-ci dövlət oldu. Ratifikasiya sənədinin saxlanca verilməsi Şri-Lankanın statusunu müqaviləni imzalayan dövlətdən tamhüquqlu üzv statusuna yüksəldir”, - XİN qeyd edib.
- İsmayıllıda 5 yaşlı uşaq hovuzda boğuldu
- Milli Məclisin iclası başladı
- Bakıda qadın dənizdə boğuldu
- TƏBİB və “Azerconnect Group” arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- Pensiya alanlara müjdə: ödəniş arta bilər - Vacib detal
- Aqrar sahə neft-qazdan sonra iqtisadiyyatın əsas dayağı olmalıdır
- Zeynəb tarixə düşdü - Son 20 ilin ən yüksək nəticəsi
- Ermənistana 7 vaqon buğda göndəriləcək