ABŞ Prezidenti Co Bayden gizli şəkildə hökumətə Rusiyanın Ukraynadakı hərbi cinayətləri ilə bağlı məlumatları Haaqa Beynəlxalq Cinayət Məhkəməsiylə bölüşməyi tapşırıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri məsələ ilə tanış olan rəsmi mənbələrə istinadən məlumat yayıb.
Rəsmilərin fikrincə, prezidentin bu addımı ABŞ siyasətində ciddi dəyişikliyin olduğunu deməyə əsas verir.
Nəşrin məlumatına görə, ABŞ Rusiya rəsmilərinin Ukraynada mülki infrastruktura qəsdən zərbələr endirmək, eləcə də ukraynalı uşaqları işğal olunmuş ərazilərdən zorla deportasiya etmək qərarına dair məlumatlara sahibdir.
- AZAL "Great Place to Work" sertifikatı ilə təltif olundu
- “Avropa Şurasından tam çıxsaq, bəlkə də bundan daha yaxşı olacaq”
- Bakıda baş verən yanğında 3 nəfər tüstüdən zəhərləndi
- “Həm Qərb, həm də Şərq qonşularımızla əlaqələrimiz əladır”
- Bunun üzərində 10 ildən artıq çalışmışıq - Prezient
- Şuşada Prezidentin iştirakı ilə Forum başladı - Yenilənir-Canlı
- Bu ərazilərdə işıq olmayacaq
- IV Şuşa Qlobal Media Forumu başlayır