Mən azərbaycanlıların yerində olmaq istəyirəm. İstəyirəm ki, ölkəmin rəhbəri əlini masaya qoyub “bizimdir” desin!
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” nəşrində Zara Marqaryan adlı müəllif yazıb.
O bildirib ki, danışıqları Bayramov kimi təcrübəsi olan “hiyləgər”in aparmasını istəyir:
“İstəyirəm ki, mənim hökumətimin beynəlxalq məhkəmələrdəki nümayəndələri mövcud faktları gizlətməsinlər, olmayanları uydursunlar və bütün qonşu dövlətləri tarixi vətən adlandırsınlar.
İstəyirəm ki, saxta SNOC-da işləyən oğlanlar gözəl qızların şəkilləri ilə düşməndən gizli məlumatlar çıxarsınlar. Mən müharibə zamanı saysız-hesabsız pilotsuz təyyarələr bağışlayacaq və generallarını köməyə göndərəcək strateji tərəfdaş istəyirəm.
İstəyirəm ki, rəhbərim danışıqlar zamanı düşməni ələ salsın, onu alçaltsın, məğlubiyyətlə burnunu ovsun.
İstəyirəm birinci xanımım badımcan şorbası bişirməsin, əri ilə Şuşadə cəsarətlə dayanıb festivalın açılışını elan etsin.
İstəyirəm ki, düşmən öz evlərində acından ölsün, bizim “sorosçular” isə ümumilikdə ekoloji mülahizələrə əsaslanaraq yeganə yolu sinələri ilə bağlasınlar”.
- AZAL "Great Place to Work" sertifikatı ilə təltif olundu
- “Avropa Şurasından tam çıxsaq, bəlkə də bundan daha yaxşı olacaq”
- Bakıda baş verən yanğında 3 nəfər tüstüdən zəhərləndi
- “Həm Qərb, həm də Şərq qonşularımızla əlaqələrimiz əladır”
- Bunun üzərində 10 ildən artıq çalışmışıq - Prezient
- Şuşada Prezidentin iştirakı ilə Forum başladı - Yenilənir-Canlı
- Bu ərazilərdə işıq olmayacaq
- IV Şuşa Qlobal Media Forumu başlayır