İyulun 23-də həbs edilən Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun apellyasiya şikayəti təmin edilməyib.
BUTA.TV xəbər verir ki, bu barədə qərar Bakı Apellyasiya Məhkəmisndə qəbul edilib.
Xatırladaq ki, rəsmi məlumata əsasən, Türkiyə Daxili İşlər Nazirliyindən daxil olan informasiya əsasında Azərbaycanda FETÖ ilə əlaqəli olan şəxslərə qarşı əməliyyat tədbirləri keçirilib. Tədbirlərlə saxlanılan 5 nəfərdən biri Q.İbadoğlu ilə əlaqəsinin olması barədə ifadə verib. Həmin ifadə əsasında Q.İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanmış və Q.İbadoğlu saxlanılıb.
Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə onun barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilir.
Siyasətçi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.
- “Belə avtomobillə heç yerə getmərəm”
- Nə dincəlməyə, nə də bayram etməyə vaxtımız oldu...
- Bu ayranlarda jeleyəbənzər maddə niyə yaranır?
- “Diplom işimin mövzusu bu idi, 30 səhifəlik təhlil yazmışdım”
- Azad edilmiş ərazilərdə əməyin mühafizəsi üzrə tədbir...
- Sabah 39 dərəcə isti olacaq
- Xanım jurnalistin sözləri Prezidenti güldürdü - Video
- “SocGov 2026” beynəlxalq forumu çərçivəsində müsabiqə...