Qarabağ üzərində Rusiya və Qərbin mübarizəsində Soros fondunun da aktiv iştirakına dair məlumatlar yayılır.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, Ermənistan mediası Soros Fondunun Qarabağa beynəlxalq sülhməramlıların daxil edilməsini, Rusiya sülhməramlılarının çıxarılması ilə bağlı kampaniyanı maliyyələşdirir.
Kampaniyanın əsas iştirakçıları arasında “Back to Dizak” (Dizağa qayıdış) və “Hanunu Hadrut” (Hadrut naminə) QHT-ləri də var.
“Back to Dizak”-ın rəhbəri Marqarita Karamyan və “Hanunu Hadrut”un rəhbəri Levon Hayriyan Ermənistanın baş naziri Nikol Paşinyanı beynəlxalq sülhməramlıların Qarabağa göndərilməsi tələbi ilə BMT Təhlükəsizlik Şurasında çıxış etməyə çağırıb. Onlar baş verənlərə görə Rusiya sülhməramlılarını günahlandırır və onların əvəzlənməsini tələb edir.
Ermənistan mediası yazır ki, “Back to Dizak” təşkilatı Qarabağdakı ermənilərin “hüquqlarının qorunması” adı altında Soros fondundan 25 min dollar alıb. “Hanunu Hadrut” təşkilatının rəhbəri, Qarabağdakı separatçı “parlamentin” keçmiş qondarma “deputatı” Levon Hayryan isə ABŞ-ın Ermənistandakı səfirliyinin nümayəndələri ilə görüşüb, Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətini müzakirə edib.
Bu məlumat Qarabağ üzərindəki Rusiya-Qərb qarşıdurmasında Soros fondunun da iştirak etdiyini təsdiq edir.
- Prezidentlər işğal dövründə güllələnmiş büstlərə baxdılar
- Expressbank Xankəndi şəhərinə mediatur təşkil edib
- 10 il milli komandada işləyən həkim ginekoloq imiş...
- TuranBank beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
- “Azərbaycandan qayıdandan sonra işlərim daha yaxşı gedib”
- Ağdamda məktəb Slovakiya Milli Qəhrəmanının adını daşıyacaq
- Media və Yayım Şurası yaradılır - Son oxunuş
- MM-in növbədənkənar sessiyasının son iclası başladı