Separatçıların lideri Araik Arutyunyan İkinci Qarabağ müharibəsindən sonra “vəzifəsindən” istefa verib bölgəni tərk etməyə hazırlaşırdı. Ancaq Ermənistan və Rusiyadakı müxtəlif siyasi mərkəzlər ona “izah” etdilər ki, indi “istefa” verməsin, çünki bununla durum daha çox Azərbaycanın xeyrinə dəyişəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Elxan Şahinoğlu qeyd edib.
“Üstündən 3 ilə yaxın müddət keçib, Araik Arutyunyan vəziyyətdən çıxış yolu tapa bilmir, bu, mümkün də deyil, halqa onun üçün daralmaqdadır. Arutyunyan qaçmaq istəsə Qarabağı ancaq Rusiya helikopterində tərk edə bilər. Onun Ağdam-Əsgəran yoluna daş düzməsi, binasının həyətində bir neçə gün çadırda etiraz etməsi və erməniləri avtobuslara doldurub Laçın sərhəd-keçid məntəqəsinə etiraza göndərməsi son güllələridir. Ermənistandan əli üzülən Arutunyan Rusiyadan Azərbaycana qarşı hərəkət gözləyir. Bunun qarşısını isə diplomatik kanallarla Bakı və Ankara almalıdır”, - politoloq bildirib.
- Prokuror Benizə ağır cəza istədi
- Sabah 40 dərəcə isti olacaq
- Bənizin 11 il həbsi tələb edildi
- Pensiya alanların nəzərinə!
- Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
- Bu, Putinin əlində qalan son vasitədir - Ronzhaymer
- 10 il milli komandada işləyən həkim ginekoloq imiş...
- “Azərbaycandan qayıdandan sonra işlərim daha yaxşı gedib”