Ukrayna xarici işlər naziri Dmitri Kuleba istefa verə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, Vladimir Zelenskinin Kulebaya münasibəti yaxşıdır, amma onun səfirlərin təyin edilməsi və xarici siyasi qərarların qəbulu məsələlərində təsiri azalıb:
“Xarici işlər nazirinin proseslərə təsirinin azalmasına səbəb prezident müşaviri Yermakın Kulebanı təkcə xarici siyasət yolunda deyil, həm də Zelenskiyə məlumat verməkdə rəqib kimi görməsidir. Kulebanı Ukrayna Prezident Ofisi rəhbərinin müavini Andrey Sibiqa əvəz edə bilər. Alternativ namizəd parlamentin xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Aleksandr Merejkodur”.
- Prokuror Benizə ağır cəza istədi
- Sabah 40 dərəcə isti olacaq
- Bənizin 11 il həbsi tələb edildi
- Pensiya alanların nəzərinə!
- Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
- Bu, Putinin əlində qalan son vasitədir - Ronzhaymer
- 10 il milli komandada işləyən həkim ginekoloq imiş...
- “Azərbaycandan qayıdandan sonra işlərim daha yaxşı gedib”