Avqustun 5-də Bakı İdman Sarayında 17 yaşadək qızlar arasında Bakıda keçirilən həndbol üzrə Avropa çempionatının açılış mərasimi baş tutub.
BUTA.TV xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Avropa çempionatında iştirak edən ölkələrin bayraqları rəqqaslar tərəfindən müxtəlif rəqs nümunələri ilə nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin idmana göstərdiyi diqqət və qayğıdan söz açaraq iştirakçılara uğurlar arzulayıb.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
Daha sonra Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov çıxış edib. Azərbaycanın son illərdə bir çox yarışlara ev sahibliyi etdiyini vurğulayan Abbasov bildirib: “Bu gün həndbol üzrə Avropa çempionatına dünyanın ən gözəl şəhərlərdən biri olan Bakı ev sahibliyi edir. Bütün işlərdə bizə dəstək olan Prezident İlham Əliyevə, birinci xanım Mehriban xanım Əliyevaya təşəkkürlərimizi bildiririk”.
Tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, həndbol üzrə millimiz avqustun 6-da Sloveniya, avqustun 7-də Bosniya və Herseqovina, avqustun 9-da isə Litva ilə qarşılaşacaq.
- Sabah Bakıda güclü külək əsəcək - Xəbərdarlıq
- Abşeronda mühüm tədbir keçirildi - Foto
- 1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video
- Azərbaycanda daha iki dövlət qurumu ləğv edilir
- Pelleqrini İlham Əliyevə xizək hədiyyə etdi
- Sahibə Qafarovanın bu vəzifəyə namizədliyi irəli sürüldü
- “AzerGold”un təşkilatçılığı ilə Göygöldə tibbi müayinə aksiyası...
- Prezidentin maşınında selfi çəkdi - Foto