Elşən Xəzərin həbsi barədə xəbər yayıldıqdan sonra onun SEPAH-ın Qüds briqadasının keçmiş komandiri Qasım Süleymaniyə həsr etdiyə və öz dilindən səslənən növhəsinin görüntüləri sosial şəbəkədə yenidən paylaşılıb.
Kult.az xəbər verir ki, Qasım Süleymaninin 1991-92-ci illərdə Qarabağda erməni terrorçularla görüntüləndiyini xatırladaq şəbəkə istifadəçiləri Birinci Qarabağ müharibəsində mülki azərbaycanlıların qətliamında Qasım Süleymaninin xüsusi rol oynadığına diqqət çəkiblər.
Dosent Zaur Əliyev isə bildirib ki, Elşən Xəzərin Pəncəli, Xudayar, Muxtar, Cəbrayıl, Polad, Allahverdi, Fred Asif və digərləri haqqında şeirlərinə rast gəlməyib.
“Əgər erməniyə təlim keçən, agentləri vasitəsilə Qarabağda 1991-1994-cü illərdə hərbi yerlərin, strateji obyektlərin, müdaifə nöqtələrinin yerini çəkdirib ermənilərə verən, əli yüzlərlə insanın qanına batana şəhid deyirsənsə, bəs Vətən üçün canlarını qoyanlar kimidirlər?” – deyə alim Elşən Xəzərə sual ünvanlayıb.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
Qeyd edək ki, Elşən Xəzərin İran agenti kimi həbs olunması barədə yayılan xəbər təsdiqini tapmayıb.
- Kəmaləddin Heydərov Matuş Şutoy-Eştok ilə görüşdü
- Əli Əhmədovun həyat yoldaşı bu klinikanın direktoru oldu
- Bakıda bu ərazilərdə yol təmiri başa çatdı
- TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi
- Trabzon-Bakı reysi ləğv olundu
- 22 yaşlı Rəşad müharibədə həlak oldu
- Tuqay Hüseynov Azərbaycana ekstradasiya olundu
- Azərbaycan bu şəxsi Türkmənistana təhvil verdi