Son günlər ölkə ərazisində müşahidə olunan kəskin istilərlə əlaqədar içməli suya tələbat artıb. Artan tələbatın ödənilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda istehlakçıların dayanıqlı içməli su ilə təmin edilməsi istiqamətində bütün zəruri tədbirlər görülməkdədir.
BUTA.TV xəbər verir ki, bu barədə "Azərsu"nun Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, havanın temperaturunun yüksək olması ilə əlaqədar mənbələrdən ötürülən suyun həcmi artırılıb. Eyni zamanda anbar ehtiyatlarının toplanması və şəbəkələrin tənzimlənməsi işləri həyata keçirilir.
Hidrometeroloji proqnozlara görə kəskin istilərin qarşıdakı günlərdə də davam edəcəyini nəzərə alaraq istehlakçılardan bu günlərdə içməli sudan mümkün qədər qənaətlə istifadə etmələri və su israfçılığına yol verməmələri xahiş olunur.
- Kəmaləddin Heydərov Matuş Şutoy-Eştok ilə görüşdü
- Əli Əhmədovun həyat yoldaşı bu klinikanın direktoru oldu
- Bakıda bu ərazilərdə yol təmiri başa çatdı
- TRT-nin Azərbaycan nümayəndəliyinə yeni rəhbər təyin edildi
- Trabzon-Bakı reysi ləğv olundu
- 22 yaşlı Rəşad müharibədə həlak oldu
- Tuqay Hüseynov Azərbaycana ekstradasiya olundu
- Azərbaycan bu şəxsi Türkmənistana təhvil verdi