Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin heykəli hazırlanıb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb və geniş müzakirə yaradıb. Bəzi istifadəçilər heykəlin mərhum Hacı Şahinə bənzəmədiyini vurğulayıblar.
BUTA.TV xəbər verir ki, məsələ ilə bağlı Sherg.az-a danışan Hacının oğlu Hüseyn Həsənli bildirib ki, heykəli onlar hazırlatdırmayıb:
“Bizə aidiyyəti yoxdur. Kimin hazırlatdırdığı haqqında isə məlumatlı deyiləm. Kimsə özü üçün edib. Problemli bir şey deyil”.
Qeyd edək ki, “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin Həsənli martın 2-də ürəktutmasından vəfat edib.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
- Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb
- Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
- Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
- Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi
- “Sabah” səfərdə hesabı açdı - Yenilənir+Canlı
- Kəmaləddin Heydərov Matuş Şutoy-Eştok ilə görüşdü
- Əli Əhmədovun həyat yoldaşı bu klinikanın direktoru oldu
- Bakıda bu ərazilərdə yol təmiri başa çatdı