Şərqi Azərbaycan əyalətinin Sarab mahalının Qırxqızlar kəndindəki 3 min illik daş kitabə yox olmaq üzrədir.
BUTA.TV xəbər verir ki, bu barədə yerli sosial media fəalları və sənətçilər paylaşım ediblər.
Yerli mədəniyyət xadimləri Mədəni İrs Təşkilatının qeyd olunan tarixi əsərlərin qorunması üçün tədbirlər görmədiyi üçün onların məhv olmaq üzrə olduqlarını yazıblar.
Qeyd edək ki, Qırxqızlar kəndinin Qarakuh dərəsində 5,4 metr uzunluğunda qaya üzərində 12 sətirdən ibarət yazılar həkk olunub.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
Urartu dilində və mixi əlifbasında olan daş kitabənin tarixi eramızdan əvvəl VIII əsrə aiddir. Yazılar Urartu hökmdarı Argişti ilə bağlıdır və burada Girdo, Gito Hani, Tovaişdo torpaqlarının tutulmasından bəhs edilir.
Daş kitabəyə yaxın ərazidə Urartu krallığına aid 21 qaladan birinin qalıqları da mövcuddur.
- Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb
- Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
- Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
- Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi
- “Sabah” ÇL-in ikinci təsnifat mərhələsində! - Yenilənib
- Kəmaləddin Heydərov Matuş Şutoy-Eştok ilə görüşdü
- Əli Əhmədovun həyat yoldaşı bu klinikanın direktoru oldu
- Bakıda bu ərazilərdə yol təmiri başa çatdı