Gəncədə fəaliyyət göstərən ticarət mərkəzində nöqsanlar aşkarlanıb.
Bu barədə BUTA.TV-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, V.Xuluflu küçəsi 77 ünvanında fəaliyyət göstərən, “Gəncə Bazar Store” MMC-yə məxsus “Grand Qafqaz” ticarət mərkəzində keçirilmiş planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmadığı, gigiyena qaydalarına ciddi riayət olunmadığı, süd və süd məhsullarının antisanitar vəziyyətdə yerdən yığılaraq saxlanıldığı, satışı həyata keçirilən qida məhsullarının yararlılıq müddətinə riayət edilmədiyi, kərə yağı adı altında istehlakçılara bitki tərkibli spred yağların (Almaniya, Yeni Zelandiya, Moskva, Ancor) təqdim edildiyi aşkarlanıb.
Yoxlama zamanı həmçinin qida məhsullarının emalı yerlərinin, qida məhsulları ilə təmasda olan səthlərin təmirli vəziyyətdə olmadığı və dezinfeksiya işlərinin aparılmasına imkan verəcək şəkildə qurulmadığı, satışı həyata keçirilən ət məhsullarının mənşəyinin məlum olmadığı, işçilərin xüsusi geyimlə təmin edilmədiyi müəyyən olunub.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
Faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
- İspaniya DÇ-nin finalında! - Video-Yenilənib
- Bəzi ərazilərdə işıq olmayacaq
- Estetiksiz qadın, yoxsa təbii dondurma? - Foto
- Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb
- Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
- Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq
- Peter Pelleqrininin şərəfinə rəsmi nahar verildi
- “Sabah” ÇL-in ikinci təsnifat mərhələsində! - Yenilənib