Əli Xameneinin Əlborz əyalətindəki nümayəndəsi, Kərəc şəhərinin cümə imamı Məhəmməd Mehdi Hüseyni Həmədaninin porno saytlarla bağlı çıxışı sosial media istifadəçiləri tərəfindən müzakirə edilir.
BUTA.TV xəbər verir ki, cümə imamı Amerikanın 30 milyon pornoqrafik sayt açaraq, dünyada əxlaqsızlığı təbliğ etdiyini iddia edib.
“Bu saytları izlədikcə insan dəhşətə gəlir. Bütün bunlar əxlaqsızlığın təbliği və tərbiyəsizliyin yayılması üçündür”, - Xameneinin nümayəndəsi bildirib.
Sosial media istifadəçiləri cümə imamının tənqid etdiyi saytların məzmunu barədə dolğun çıxışını, “izlədikdə dəhşətə gəldiyi” faktını qeyd edərək, bunu din xadiminin adıçəkilən saytların aludəçisi olduğuna dair sübut kimi dəyərləndiriblər.
- “Yeni nəsillər də bizi buna görə tənqid edəcəklər” - Hikmət Hacıyev
- İran Xəzərdə Rusiya ilə təlimlərə başlayır
- Bu müəllimlər “tapşırıqla” işə düzəldikləri üçün imtahandan kəsildi – Şok AÇIQLAMA
- İran kərə yağının başına Azərbaycanda gətirilən FIRILDAQ
- Süni intellekt Putinin ölüm ilini proqnozlaşdırdı
- Bakının təyyarə tələbi: Moskva “fikrini” dəyişəcəkmi?
- Evlərin qiymətində fantastik bahalaşma – Kasıb nə etsin?
- AB Bakının bu siyahıya düşməsi üçün “çox çalışıb”...