Ermənistan BMT Təhlükəsizlik Şurasının “Qarabağdakı vəziyyətlə bağlı” təcili iclasını çağırmaqla üç mərhələdə nəticə əldə etməyə ümid edir:
- Belə bir iclasla beynəlxalq diqqəti Qarabağda iddia etdikləri “humanitar fəlakətə” çəkmək;
- Azərbaycana qarşı bəyanatın qəbul edilməsinə nail olmaq;
- Mümkün olarsa, bu bəyanatı qətnaməyə çevirmək və Laçın yolunun açılmasına nail olmaq.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
İclasın keçirilməsi mümkün görünür, lakin digər iki mərhələdə nəticə İrəvan və bu prosesdə onu dəstəkləyən Fransa üçün ürəkaçan olmayacaq.
Birincisi, rəsmi Bakı korrekt gedişini təkrarlayacaq: ötən ilin dekabrında Ermənistan Fransanın dəstəyi ilə BMT TŞ-də Azərbaycana qarşı bəyanatın qəbul edilməsini gündəmə gətirdi; Bakının manevrləri nəticəsində bəyanatdan “Dağlıq Qarabağ” ifadəsi çıxarıldı, “humanitar yardım olarsa, bu yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında ola bilər” və “Azərbaycanın ərazi bütövlüyünə dəstək” kimi ifadələr daxil edildi, nəticədə Azərbaycanın əleyhinə olan bəyanat xeyrinə olan formaya salındı; Fransa və Ermənistan məcbur qalaraq, bundan imtina etdilər; bu prosesdə daimi üzvlərdən Böyük Britaniya və Rusiya, qeyri-daimi üzvlərdən BƏƏ və Albaniyanın dəstəyi də həlledici amillərdən oldu. Analoji vəziyyət yaranacağı təqdirdə Azərbaycan əleyhinə olacaq bəyanatın korrekt edilməsi – BMT-nin də qəbul etdiyi “ərazi bütövlüyü”, “Dağlıq Qarabağ ifadəsinin çıxarılması” və s. – mümkündür;
İkincisi, əgər bəyanatın qəbul edilməsinə nail olarlarsa, bunun qətnaməyə çevrilməsinə ilk veto qoyacaq ölkə Rusiya olacaq, çünki bu, Moskvanın “öz təsir dairəsi” olaraq gördüyü bölgəyə kənar müdaxilə deməkdir;
Sonda Bakının təklifini - Ağdam-Xankəndi marşrutunu qəbul etməkdən başqa yolları qalmayacaq.
- Homofob şüarlara görə oyunu bitirən, bir matçda 4 “qırmızı” göstərən - Kimya professoru kimdir?
- “Hakim bu səviyyəyə uyğun idimi?” - Deşamdan qalmaqallı açıqlama
- İspaniya DÇ-nin finalında! - Video-Yenilənib
- Bəzi ərazilərdə işıq olmayacaq
- Estetiksiz qadın, yoxsa təbii dondurma? - Foto
- Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb
- Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
- Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq