Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat İdarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Dubay-Bakı aviareysi ilə Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn ölkə vətəndaşından qaçaqmalçılıq yolu ilə gömrük nəzarətindən kənar keçirdiyi 252 502 manat dəyərində brilyant, qızıl və sair qiymətli əşyalar aşkar olunaraq götürülüb.
DGK-dan BUTA.TV-a verilən məlumata görə, faktla bağlı Komitənin Əməliyyat-İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Baş idarənin keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri ilə malları gömrük nəzarətindən kənar keçirən şəxsdən əlavə cinayət törədilməsində iştirak edən 3 nəfər şəxs də müəyyən edilərək saxlanılıb. Saxlanılan şəxslərin hər biri Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işinin istintaqı davam etdirilir.
Şuşa Media Forumunda Prezidentin yanında diqqətçəkən xanım kimdir? - FOTOLAR
- Homofob şüarlara görə oyunu bitirən, bir matçda 4 “qırmızı” göstərən - Kimya professoru kimdir?
- “Hakim bu səviyyəyə uyğun idimi?” - Deşamdan qalmaqallı açıqlama
- İspaniya DÇ-nin finalında! - Video-Yenilənib
- Bəzi ərazilərdə işıq olmayacaq
- Estetiksiz qadın, yoxsa təbii dondurma? - Foto
- Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb
- Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
- Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq