Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi yalnız reseptdə yazılan miqdarda dərman vasitələrini ölkəyə gətirə biləcəklər.
BUTA.TV xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, təsdiq edilmiş reseptə yazılan, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrini pasiyentin sifarişi əsasında topdansatış əczaçılıq müəssisələri, aptek təşkilatları və ya Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi yalnız reseptdə yazılan miqdarda ölkəyə gətirə bilərlər. Həmin dərman vasitələrinin resept yazılan şəxs istisna olmaqla, ölkə ərazisində satışı qadağandır.
- Onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edildi
- Ər-arvadın qəzada ölməsi faktı ilə bağlı cinayət işi başladı
- Dənizdə boğulmalar artdı: səbəb qumun daşınmasıdır?
- 31 ton dizel olan avtomobildə yanğının qarşısı alındı
- Yanacaq daşıyan “Mercedes”də yanğın - Video
- Qadınlar taxta çıxa bilməz, yalnız 3 kişi varis var - Ən qədim imperiyada böhran - Fotolar
- Homofob şüarlara görə oyunu bitirən, bir matçda 4 “qırmızı” göstərən - Kimya professoru kimdir?
- “Hakim bu səviyyəyə uyğun idimi?” - Deşamdan qalmaqallı açıqlama