Rusiya indi 1970-1980-ci illərdəki SSRİ-nin yolu ilə gedir. Sovet hökumətinin imperiya siyasəti SSRİ-nin dağılmasına səbəb oldu. Rusiyanın özünü də tənəzzül gözləyir.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı deputat Oleq Dunda deyib.
“Bu siyasət xüsusən də boş rəflər, çökmüş mənzil-kommunal təsərrüfatı ilə başa çatdı. Onlar şərti olaraq bütün rayonlardan bölgələrin, vətəndaşların rifahı üçün resurs yığırdılar. Ancaq vəsaitlər sonra xalqa yox, müharibələri maliyyələşdirməyə, ilk növbədə imperiyadan kənarda siyasəti təbliğ etməyə istifadə olunurdu: Əfqanıstanı, Afrikadakı kampaniyaları, Anqola, Mozambiki xatırlayaq”, - o bildirib.
Dundanın sözlərinə görə, Rusiya da Sovet hökuməti ilə eyni üsullardan istifadə edir, rayonları talayır:
“Oradan götürülən resurslar hərbi sənaye kompleksinə, Ukrayna ilə müharibəyə, “Priqojin”ləri maliyyələşdirməyə, Qərb demokratiyalarında radikal siyasi hərəkatları dəstəkləməyə və təbliğata gedir”.
- AZAL brendinin yeni vizual manifestini təqdim edib
- AMEA Bakıdan köçürülür?
- Yeni 100 manatlıqlar tədavüldə - Taleh Kazımovun imzası ilə
- Tovuzda 17 yaşlı oğlan dərmandan zəhərlənib öldü
- Slovakiya prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi
- Zaqatalada itkin kimi axtarılan şəxsin meyiti tapıldı
- Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
- Qarabağ Universitetində ikili diplom proqramına start verilir