Bakıda və Abşeron yarımadasında avqustun 17-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, şimal-qərb küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 30-40 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-25° isti, gündüz 35-40° isti, dağlarda gecə 14-19° isti, gündüz 25-30° isti olacaq.
- AZAL brendinin yeni vizual manifestini təqdim edib
- AMEA Bakıdan köçürülür?
- Yeni 100 manatlıqlar tədavüldə - Taleh Kazımovun imzası ilə
- Tovuzda 17 yaşlı oğlan dərmandan zəhərlənib öldü
- Slovakiya prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi
- Zaqatalada itkin kimi axtarılan şəxsin meyiti tapıldı
- Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
- Qarabağ Universitetində ikili diplom proqramına start verilir