Laçın yolunun başlanğıcına yaxın ərazidə yüklə dolu nəqliyyat vasitələrinin gözləmə mövqeyində dayanması, Qarabağda separatçıların hərbi texnikanı bir məntəqədən başqasına daşıması, səngərlərin qazılması, erməni diasporunun müxtəlif ölkələrdə başlatdıqları “etiraz aksiyaları”, ermənipərəst konqresmenlərin təxribatçı açıqlama və müraciətləri və BMT Təhlükəsizlik Şurasında təşkil edilən müzakirə – bütün bunlar vahid ssenarinin müxtəlif bəndləridir, sanki xarici ölkələrdən birində yerləşən böyük beyin mərkəzlərindən birinə “Azərbaycanı necə geri addım atmağa məcbur edə bilərik” mövzusunda fəaliyyət planı hazırlamaq sifarişi verilib.
BUTA.TV xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.
“Bu riskli planı hazırlayanlar faktiki erməniləri Azərbaycanla növbəti qarşıdurmaya və itkilərə sürükləyirlər. Bu vəziyyətdə sülh mümkün deyil. İkinci Qarabağ müharibəsində üzləşdikləri ağır məğlubiyyət ermənilərin əksəriyyətini ağıllandırmayıb, reallığı qəbul etmək istəməyərək Azərbaycana qarşı təzyiqlə nəsə əldə edəcəklərini düşünürlər. Bu gözlənilən idi, ermənilər tarixən bu yolla gediblər”, - o bildirib.
Qeyd edək ki, Ermənistanın müraciəti əsasında BMT TŞ-də “Qarabağdakı humanitar vəziyyət”lə bağlı məsələ bu gün Bakı vaxtı ilə saat 23:00-da müzakirə ediləcək.
- Dronla vurulan gəminin kapitanı həlak olub - Foto
- Sabah hava necə olacaq?
- AZAL brendinin yeni vizual manifestini təqdim edib
- AMEA Bakıdan köçürülür?
- Yeni 100 manatlıqlar tədavüldə - Taleh Kazımovun imzası ilə
- Tovuzda 17 yaşlı oğlan dərmandan zəhərlənib öldü
- Slovakiya prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi
- Zaqatalada itkin kimi axtarılan şəxsin meyiti tapıldı