Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin daha bir vəzifəli şəxsi saxlanılıb.
BUTA.TV Qaynarinfo.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı xidmətin Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin (1 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi) direktoru Amil Abdullayev saxlanılıb və həbs edilib.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşə Fondundan istifadə şöbəsinin müdiri Sadiq Salmanov və həmin qurumun Meşələrin İnkişafı Xidmətinin Zaqatala Regional Meşə Təsərrüfatı Mərkəzinin (8 saylı Regional Meşə Təsərrüfatı Mərkəzi) direktoru Rəşad Mahmudovun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Hər iki şəxs saxlanılıb.
- Prezidentin tezislərinin məmurlar tərəfindən nəzərə alınması...
- Məzunları imtahanda ən yüksək nəticə göstərən ali məktəblər
- Ankarada Azərbaycan dilindən imtahan keçirildi
- Gömrük Komitəsinin İdarə rəisi işdən çıxarıldı - Foto
- Ağdamda əmək yarmarkası: 160-dan çox vakansiya təqdim edildi
- Elçibəyin şəxsi mühafizə xidmətinin rəisi vəfat etdi
- Zakir Fərəcov növbəti səyyar vətəndaş qəbulu keçirdi
- Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu