Cəmiyyət özü də yaxşı bilir ki, hər yerdə və hər şeydə qiymətlər artıb. Allaha çox şükür ki, bizdə qiymətlər, iqtisadi vəziyyət belə yaxşıdır. Ərəb və digər ölkələrdə qiymətlərə baxın, görün ki, necə acınacaqlıdır.
Bunu BUTA.TV-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangirov Həcc ziyarətinin qiymətlərinin baha olması barədə müzakirələrə münasibət bildirərkən deyib.
“Biz ən minimalı götürüb, vətəndaşları nəzərə almışıq. Təsəvvür edin, iyirmi gün ərzində hansı proseslərdən keçirlər. Gedirlər Bodruma, Antalyaya, bundan da çox pul xərcləyirlər. Bizim millət ümumən təmizliyi sevir. Bu qiymətlərlə zəvvarlar ziyarətdə ən yaxşı yerdə qalırlar, gündə üç dəfə qidalanma olur - bir sözlə, hər şey yüksək səviyyədə...”
Millət vəkili Etibar Əliyev Həcc ziyarətinin fərdi məsələ olduğunu deyib:
“Kantın bir sözü var. Din insanın daxilində yaşayan əxlaq qanunudur. Düşünürəm ki, əslində, bu, mübahisə mövzusu olmamalıdır. Mən öz adıma düşünürəm ki, Həcc ziyarətində xərclənən vəsaitlər hansısa kasıb-kusubun işinə yarasa, daha məqsədəuyğundur. İndiyədək on minlərlə insan Həcc ziyarətinə gedib. Onlar özlərində hansı dəyişiklikləri hiss ediblər? Nə ediblər? Bunun sosial tərəfi nədən ibarətdir? Hesab edirəm ki, bu, bir titul, status olmamalıdır. Yenə də şəxsi işləridir, gedənlərin ziyarəti qəbul olunsun”.
Elşad Miri isə deyib ki, Həccə getməyin qiymətinin ən ucuz paketi 5850 ABŞ dolları, yəni 10 min manat təşkil edir:
“Bura Həcc ərəfəsində qidalanmaq, ehramlar, kəsəcəyiniz qurbanlar daxil deyil. Əvvəlcə, bunu nəzərə alın. Bodruma, Pattayaya, Havaiyə, Maldivlərə gedənlərə heç kim heç nə deyə bilməyəcəyi kimi, Həccə gedənlərə də, mən də daxil olmaqla, qarışmaq ixtiyarımız yoxdu. Özləri bilər. Kim gedib şeytan daşlayacaqsa, bunu da özü bilər. Kim gedib lüt bədənə iki dəsmal bağlayıb bunu ehram adlandıracaqsa, bunu da özü bilər. Qayıdandan sonra özlərinə “hacı” və “hacıxanım” dedizdirəcəklərsə, bunu da özləri bilər. Özüm neçə dəfə getmişəmsə, başqalarının getməyinə niyə qarışıram axı? Düşünürəm, mənim bu məsələyə ictimai münasibətim bəllidir, açıqdır”.
- Keçici hökumət dəvət etdi, Ərdoğan onu Dəməşqə göndərdi
- Paşinyan Berse ilə danışdı: Bakı ilə sülh...
- Dugin əsassız açıqlama verdi, səhvini başa düşdü - Topçu
- Messinin Bakı ilə bağlı paylaşım etməməsinin səbəbi... - Foto
- Ərdoğanın müşaviri Bakıdan hədələdi
- İran mühafizəkarları Bakıya yenə dil uzatdı
- İrəvanda vacib görüş: Hacıyev də qatıldı, sədrlik Bakıya keçdi - Foto
- Messi Azərbaycandan nə qədər pul aparıb? - Şok məbləğ