Rusiya rəsmiləri və diplomatları hər dəfə “Rusiya hərbi kontingenti 2025-ci ildən sonra da bölgədə qala bilər” dedikcə Azərbaycan rəsmiləri və diplomatları “2020-ci il 10 noyabr bəyanatına görə Rusiya Federasiyasının sülhməramlı kontingentinin Azərbaycan Respublikasında qalma müddəti 2025-ci ildə yekunlaşır” cavabını verirlər. Bununla iki ölkə rəsmiləri və diplomatları arasında qiyabi polemika gedir: Rusiya “qalmaq istəyirik” dedikcə, Azərbaycan “qalmaq müddətiniz gələn il bitir” cavabını verir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, Moskvadan bir ara açıqlama gəldi ki, guya Rusiya hərbi kontingenti ərazidə minaların zərərsizləşdirilməsi ilə məşğul olacaq:
“Ancaq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənın bugünkü açıqlamasından bəlli olur ki, Rusiya hərbi kontingenti minaların zərərsizləşdirilməsinə maraq göstərmir, əks halda azərbaycanlı diplomat “ərazidə partlamamış hərbi sursat problemi nəzərə alınaraq, bu təhdidlərin aradan qaldırılması istiqamətində birgə səylərin həyata keçirilməsi üzrə məsləhətləşmələr aparılması zərurəti mövcuddur” cümləsini işlətməzdi. Deməli, minaların zərərsizləşdirilməsiylə bağlı ortaq fəaliyyət yoxdur.
Lap yaxşı, bu bizim bir il sonra Qarabağda işsiz-gücsüz qalan Rusiya hərbi kontingentini evinə yol salmağımızı asanlaşdıracaq”.
- Mədət Quliyevin oğlu vəzifədən azad edildi
- Hikmət Hacıyevin bu sualına cavab verə bilmədilər – Video
- Müxbir elə geyindi ki, matça baxan olmadı - FOTO
- Artıq heç kim mənzil almayacaq – DAHA SƏRFƏLİ VARİANT
- Ərdoğan və xanımı Prezidentin ailə üzvləri ilə görüşdü - Fotolar
- Şarl Mişel Bakıda çağırış etdi: Hərəkətə keçək!
- Prezident ailəsi COP-da - Foto
- Bakıya gələn dövlət və hökumət başçılarının sayı