Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) gələn ay dörd ölkədə sınaqdan keçiriləcək FIFA Seriyası adlı yeni beynəlxalq yoldaşlıq görüşləri turnirinə başlayıb.
BUTA.TV xəbər verir ki, oyunlar 18-26 mart tarixlərində Səudiyyə Ərəbistanı, Əlcəzair, Azərbaycan və Şri-Lankada baş tutacaq.
Hər ölkədə dörd komanda çıxış edəcək və onlardan hər biri iki oyun keçirəcək.
FİFA Seriyası
Əlcəzair
Komandalar: Əlcəzair, Boliviya, Andorra, Cənubi Afrika
Azərbaycan
Komandalar: Azərbaycan, Monqolustan, Tanzaniya, Bolqarıstan
Şri Lanka
Komandalar: Şri Lanka, Papua Yeni Qvineya, Butan, Mərkəzi Afrika Respublikası
Səudiyyə Ərəbistanı
A qrupu: Kabo-Verde, Ekvatorial Qvineya, Qayana, Kamboca.
B qrupu: Qvineya, Vanuatu, Bermud adaları, Bruney.
Qalib komandaya heç bir kubok və ya pul mükafatı verilməyəcək. FİFA səyahət xərclərini qarşılamaq niyyətindədir.
- İranı müdafiə etmək onlarla düşmənçilik deyil – Pezeşkian
- Rus ordusu bu kəndi işğal etdi
- İranda zavodda yanğın baş verdi
- Rusiya Britaniyanı hədələdi: Cavab zərbəsi olacaq
- Pakistanda əməliyyat: 11 terrorçu öldürüldü
- Zelenskidən Netanyahuya: Bunu eşitmək xoşdur!
- Litvanın Xarici İşlər Nazirliyində yanğın
- 30 abituriyent 600-dən çox bal topladı - Qəbul ola bilmədi