Rusiyanın Moskva vilayətinə PUA hücumu edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

“Martın 17-si səhər saatlarında Ukrayna tərəfdən təyyarə tipli PUA vasitəsilə Rusiya ərazisindəki obyektlərə hücum olub. Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən Moskva vilayəti üzərindəki PUA məhv edilib”, - məlumatda qeyd olunub.

Moskva meri Sergey Sobyanin də verdiyi açıqlamasında bildirib ki, Domodedovo rayonu üzərində PUA vurulub.