Rusiyanın Moldovadakı səfirliyinə hücum edildi
Naməlum şəxs Rusiyanın Kişinyovdakı səfirliyinin binasına “Molotov kokteyli” atıb.
BUTA.TV xəbər verir ki, Rusiyanın Kişinyovdakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.
“Kişinyovda polis Rusiyanın Moldovadakı səfirliyinin binasına yandırıcı maddə atan şəxsi saxlayıb. Hadisənin bütün təfərrüatları dəqiqləşdirilir, şübhəli şəxs saxlanılıb”, - məlumatda qeyd olunub.