Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun daha bir oyunu keçirilib.

BUTA.TV xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Qarabağ"ı qəbul edib.

Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərində 10-cu dəqiqədə penaltidən Otto Con fərqlənib. Ağdam təmsilçisinin qollarını 56-cı dəqiqədə Nəriman Axundzadə, 73-cü dəqiqədə Patrik Andrade, 90+4-cü dəqiqədə penaltidən Toral Bayramov vurub.

Lider "Qarabağ" xallarının sayını 66-ya çatdırıb. Tovuz klubu 35 xalla 7-cidir.

Qeyd edək ki, “Qarabağ” ən yaxın izləyicisi “Neftçi”dən 26 xal öndədir.