Rusiyanın Voronej vilayətində PUA hücumu təhlükəsi elan edilib.

BUTA.TV xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Qusev Telegram kanalında məlumat verib.

"Hörmətli Voronej vilayətinin sakinləri, bölgədə PUA-nın hücum təhlükəsi rejimi tətbiq edilib. Hava hücumundan müdafiə qüvvələri hazır vəziyyətdədir", - qubernator yazıb.