Rusiyanın hazırkı Prezidenti Vladimir Putin prezident seçkilərində Çeçenistandan 99,28% səs toplayıb.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, bu nəticə Çeçenistandakı seçki məntəqələrinin 2,69%-nin nəticələrindən sonra əldə edilib.

Çeçenistan seçici fəallığına görə də rekorda imza atıb. Respublikada seçici fəallığı saat 18:00-a əsasən 96,46% təşkil edib.

Seçki məntəqələri 20:00-da bağlanıb.

Qeyd edək ki, 15 martda başlayan seçkilər bu gün başa çatıb. MSL 30%-dən çox bülletenin sayılmasından sonra Putinin 87,68% səs topladığını açıqlayıb.