Cənubi Osetiya Rusiyaya qoşula bilər. Hazırda bu məsələ ölkə parlamentində müzakirə olunur.

BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Cənubi Osetiya parlamentinin sədri Alan Alborov deyib.

“Biz bütün bu məsələləri Rusiya Federasiyası ilə sıx koordinasiyada, ikitərəfli münasibətlərimizi və razılaşmalarımızı nəzərə alaraq müzakirə edirik”, – A.Alborov bildirib.

Qeyd edək ki, hələ 2023-cü ildə Cənubi Osetiyanın rəhbəri Alan Qaqloyev Rusiyaya mümkün üzvlükdən danışmışdı. Elə həmin il Rusiya Prezidenti Vladimir Putin regiona hərtərəfli dəstəyin göstəriləcəyini açıqlamışdı.