Bu iki kənd artıq Azərbaycandadır - Paşinyan
Bakının tələb etdiyi iki kənd artıq Azərbaycanın nəzarətindədir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deyib.
O, müxalifətin Tavuş rayonunun 4 kəndinin Azərbaycana verilməsi ilə bağlı iddialarını təkzib edərək, müzakirə olunan ərazilər arasında belə yaşayış məntəqələrinin olmadığını qeyd edib:
"Bu bölmə spesifikliyinə və delimitasiyasına görə ən çətinidir. Ermənistan hökuməti bu ərazidən delimitasiya prosesinə başlamağa hazırdır. Məsələ kəndlərin özlərinə deyil, onların qarşısındakı sərhədin müəyyənləşdirilməsinə aiddir".