İndoneziyanın yeni Prezidenti seçilib.

BUTA.TV xəbər verir ki, bu barədə İndoneziya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Müdafiə naziri Prabovo Subianto dövlət başçısı vəzifəsinə yiyələnib. O, ölkənin 38 əyalətindən 36-da qalib gəlib.

Yeni prezidentin inauqurasiya mərasimi oktyabrın 20-də keçiriləcək.