Polşa Belarusla sərhədini modernləşdirməyə başlayır.

BUTA.TV xəbər verir ki, bu barədə Polşanın daxili işlər və administrasiya nazirinin müavini Çeslav Mroçek deyib.

"Görülən tədbirlərə baxmayaraq miqrantların sərhəddən qeyri-qanuni keçidinin davam etməsi səbəbindən, səddin yaxşılaşdırılması üçün işlərə başlamaq qərara alındı", - deyə bildirilib.

O qeyd edib ki, hakimiyyət hasarın həm fiziki, həm də elektron komponentlərindəki çatışmazlıqları aradan qaldırmağı planlaşdırır:

“Hasar kifayət qədər etibarlı deyil və onun effektivliyini artırmaq üçün tədbirlər görülməlidir”, - nazir müavini vurğulayıb.

O, əlavə edib ki, iş geniş miqyasda aparılacaq və təklif olunan həllərin qiymətləndirilməsi üçün elmi-texniki mərkəzlərin iştirakı ilə artıq həyata keçirilir.