Paşinyan Mişellə Bakı-İrəvan razılaşmasını müzakirə etdi
Ermənistan Baş naziri Nikol Paşinyanın Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişellə Brüsseldə keçirdiyi görüşün təfərrüatı bəlli olub.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Nikol Paşinyan və Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin ötən ilin mayın 14-də və iyulun 15-də danışıqları zamanı əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vacibliyindən danışıblar.