Dünyada bizim qədər erməniyanlı ölkə yoxdur - Karasin
Dünyada Rusiya qədər erməni maraqlarını nəzərə almağa hazır olan ikinci ölkə yoxdur.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin deyib.
“İrəvan Rusiyadan daha ermənipərəst birini tapa bilməz. Bunun bir çox səbəbləri var - tarix və qan bağlarından tutmuş regional təhlükəsizlik prioritetlərinə qədər. Ciddi düşünməyin vaxtıdır”, - deyə o bildirib.