Sumqayıtda narkotik istifadəçisi olan 13 yaşlı yeniyetmə ölüb.

BUTA.TV Report-a istinadla xəbər verir ki, 2011-ci il təvəllüdlü Ə.Babaşovun meyiti İnşaatçılar qəsəbəsində yaşadığı evdə tapılıb.

İlkin ehtimala görə, o, yüksək dozalı narkotik istifadəsindən sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.