Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“BUTA.TV” xəbər verir ki, hadisə rayonun Aslanbəyli kəndində  qeydə alınıb.

Belə ki, “Tofaş” və “Opel” markalı maşınların toqquşması zamanı ilə  3 nəfər hadisə yerində ölüb, iki nəfər xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Qəza nəticəsində 1989-cu il təvəllüdlü Sənan Dərgahquliyev, onun qızı 2018-ci il təvəllüdlü G.Dərgahquliyeva və bacısı oğlu 2018-ci il təvəllüdlü M.Mehtili həlak olub.

Yunis Quliyev

Evini kirayə verənlərin nəzərinə! Evini kirayə verənlərin nəzərinə!