Fransanın Avallon şəhərinin meri Jamili Habsauinin evində 70 kiloqram marixuana aşkar edilib.

BUTA.TV xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Hüquq-mühafizə orqanları merin qardaşının qadağan olunmuş maddələrin satışı ilə məşğul olduğunu müəyyən ediblər.

Qeyd edək ki, Habsaui özü Fransa Sosialist Partiyasını təmsil edir və 2021-ci ildə Avallon administrasiyasının rəhbəri vəzifəsinə seçilib.