Ağcabədi rayonunun Hindarx qəsəbəsində goreşənin peyda olduğu ilə bağlı məlumat yayılıb.

BUTA.TV xəbər verir ki, goreşənin görüntüsü sosial şəbəkələrdə yerləşdirilib.

Bildirilib ki, aprelin 6-da yerli xəstəxanada aşkarlanan goreşən barəsində polisə məlumat verilib. Hadisə yerinə gələn polis əməkdaşları onu zərərsizləşdiriblər.