Astarada velosipedçi bədbəxt hadisə nəticəsində ölüb.

BUTA.TV-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə dağlıq kəndi olan Pəlikeşdə qeydə alınıb.

Kənd sakini 2002-ci il təvəllüdlü Olman Vəkalət oğlu Şükürov velosipedlə körpü üzərində hərəkətdə olarkən müvazinətini itirərək Şümrüd çayına düşüb.

O, aldığı xəsarətlərdən ölüb. Gəncin meyiti kənd sakinləri tərəfindən çaydan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.