Meyitlər yanaraq tanınmaz hala düşüb
İran prezidenti İbrahim Rəisini və onu müşayiət edənləri daşıyan helikopterin qəzaya uğraması nəticəsində bəzi şəxslərin meyiti yanaraq tanınmaz hala düşüb.
BUTA.TV xəbər verir ki, bunu SEPAH-ın Aşura Qərargahının komandiri Əsgər Abbasquluzadə deyib.
O, yanan meyitlərin kimliyini müəyyən etməyin çətin olduğunu bildirib.