Cavanşir körpüsündə işlər nə vaxt yekunlaşacaq?
Bakıda Cavanşir körpüsünün sökülməsi və layihənin icrası 4-5 ay ərzində tamamlanacaq.
BUTA.TV xəbər verir ki, bunu Report-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib.
Onun sözlərinə görə, artıq söküntü işlərinə başlanılıb:
"Ərazidə hərəkət tam məhdulaşıdırılıb və xüsusi ağır texnikalar cəlb edilib. Hazırda layihə aidiyyəti qurumlar tərəfindən razılaşdırma mərhələsindədir".