Kadırov oğlunu nazir təyin etdi
Çeçenistan rəhbərinin oğlu Əhməd Kadırov bədən tərbiyəsi və idman naziri vəzifəsinə təyin edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalında məlumat verib.
“Əhməd Kadırov Çeçenistan Respublikasının bədən tərbiyəsi və idman naziri vəzifəsinə təyin edilib. Əvvəllər bu vəzifəni icra edən İsa İbrahimov Çeçenistan Respublikasının hökumətinin başçısı və administrasiyası rəhbərinin müavini vəzifəsinə keçirilib”, - deyə o bildirib.