Venesiya Komissiyasının "Xarici agentlər haqqında" qanunla bağlı rəyinin heç bir hüquqi əsası yoxdur.

BUTA.TV xəbər verir ki, bunu gürcüstanlı deputat Salome Kurasbediani deyib.

"Nəticədə Venesiya Komissiyası QHT-lərin və medianın şəffaflığının pis və qeyri-demokratik olduğunu yazmağa məcbur oldu. Bu, təbii ki, bu təşkilata və onun qorumalı olduğu dəyərlərə inamı sarsıdır", - o vurğulayıb.

Qeyd edək ki, Venesiya Komissiyası rəsmi Tiflisə qanunu ləğv etməyi qətiyyətlə məsləhət görüb.