Təyyarə “silkələndi”: 2 nəfər öldü, 71 nəfər yaralandı - Video
Londondan Sinqapura uçan Sinqapur Hava Yollarına məxsus təyyarədə turbulentlik səbəbindən yaralananların sayı 71 nəfərə çatıb.
BUTA.TV xəbər verir ki, “Frans Press” Banqkok xəstəxanasının məlumatlarına istinadən yazıb.
Bildirilib ki, yaralananlardan 6-nın vəziyyəti ağırdır.
İnsident nəticəsində ölənlərin sayının da 2 nəfərə çatdığı vurğulanır.
Qeyd edək ki, hadisə ötən gün baş verib. Təyyarə mayın 20-də axşam İngiltərədən havaya qalxsa da, güclü turbulentliklə qarşılaşıb və Banqkokda sərt eniş edib. Təyyarədə 211 sərnişin və 18 ekipaj üzvü olub.