Buna görə Qəzzada qətliam dayanmayacaq - Ərdoğan
Qərb ölkələri İsraili dəstəklədikcə Qəzza zolağında qətliam dayanmayacaq.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"İşğalçılara maddi-texniki və hərbi dəstək verənlər Qəzzada axan qanda işğalçıların özlərindən az günahkar deyillər. Düşünməyin ki, Qəzzada günahsız insanların ölümünə görə məsuliyyət daşımayacaqlar. Zalımlar heç nədən qurtulmaz", - Ərdoğan qeyd edib.