Fransa Kaledoniyada Tiktok qadağan etdi
Fransa Dövlət Şurası iğtişaşlar fonunda Yeni Kaledoniyada (Fransanın Sakit Okeanda dənizaşırı ərazisi – red.) Tiktok sosial şəbəkəsini bloklamaqla bağlı hakimiyyətin qərarını qanuni hesab edib.
BUTA.TV xəbər verir ki, müvafiq hökm Dövlət Şurasının saytında dərc olunub.
Qeyd edək ki, Dövlət Şurası Fransada ən yüksək inzibati nəzarət orqanı sayılır.