Erməni vandalları Xeyrimlidə ağacları məhv edir
Ermənistanın Tavuş vilayətinin Kirants (Xeyrimli) kəndində erməni vandalları Azərbaycana təhvil veriləcək ərazidəki ağacları məhv etməyə başlayıblar.
BUTA.TV xəbər verir ki, bununla bağlı sosial şəbəkələrin erməni seqmentində məlumatlar yayılıb.
Qeyd edək ki, bundan öncə Kirantsda sakinlərdən biri həyətyanı sahəsinin Azərbaycanın ərazisinə düşəcək hissəsindəki tikiliyə od vurmuşdu.