Lukaşenko Rəisinin ölümündə ABŞ-ı günahlandırdı
Belarus Prezidenti Aleksandr Lukaşenko İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında ölməsində ABŞ-ı ittiham edib.
BUTA.TV xəbər verir ki, bu barədə Lukaşenko Putinlə görüşdə danışıb.
"Prezident kimi yox, bir sıravi şəxs kimi deyəcəyəm: ABŞ-ın rəzil, iyrənc mövqeyi buna gətirib çıxardı. Mən ilk növbədə sanksiyaları nəzərdə tuturam. Bu əclafların gəmilərə, təyyarələrə, helikopterlərə və insanları daşıyan digər vasitələrə qarşı sanksiya tətbiq etmək hüququ yox idi", - Lukaşenko qeyd edib.