Ermənistan MDB Oyunlarından da imtina etdi
Ermənistan MDB Oyunlarını keçirməkdən imtina edib.
BUTA.TV xəbər verir ki, bu barədə ölkənin elm, təhsil, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan danışıb.
Nazir müavini 2027-ci ildə ölkənin bir neçə irimiqyaslı idman tədbirinə ev sahibliyi edəcəyini, bu səbəbdən yarışı keçirməyə hazır olmadıqlarını bildirib.